“Skeuomorphism” dizayn.

– “Skeuomorphism” dizayn.

Azərbaycan dilində tam şəkildə tərcüməsi olmasada “skeuomorfizm” kimi tələffüz edilir.

Skeuomorfizmin dəqiq yaranma tarixi məlum olmasada, Skeuomorfizm sözünün yunan sözü olması bəllidir. “skeuomorph” konteyner və ya alət “morphḗ” isə məna, şəklində, formasında mənalarını verir.

Skeuomorfizmin gəldiyi mədəniyyət

Yunanların mərmər və daş tikililərdən əvvəl taxta tikililərdən istifadə etdiklərini məlumdur. Memarların o zamanlar mərmər və ya daş tikililərin taxtadan tikilmiş forma kimi təqlid etmələri insanlarda yeni texnalogiyalar yaradaraq skemorfizmin yaranmasına gətirib çıxardı.

1950-ci illərdə taxta işlədilmiş maşınların istehsalı Ford üçün çox bahalı oldu və Ford yeni materialların və texnologiyaların tədqiqinə başladı. “Vagon” (maşın modeli) ağacın bir parçası olduğundan, Ford yeni maşın modellərində özlərinin və alıcılarının işlərini asanlaşdırmaq üçün saxta taxta lövhələr quraşdırdı. Yəni skeuomorfizm dizaynını istifadə etməyə başlamışdı.

Skeuomorfizm 1980-ci illərdə formalaşmağa başladı. Onun ən köhnə müdafiəçilərindən biri Apple şirkətinin qurucusu Steve Jobs idi. Fikir sadə idi; skeuomorfik dizayn tətbiq edildikdə kompüter interfeysləri istifadəçilər üçün daha asan olardı.

 

Skeuomorphism UI dizaynı

Geniş və mücərrət dizayn olduğundan UI (istifadəçi interfeysi) dizaynda artiq skeuomorfizmdən bir o qədərdə istifadə olunmur. Daha çox pixel, yer tutumu, kodlaşdırma, və zaman tələb etdiyindən artıq bir çox UI dizaynerlər və developerlər skeuomorfizmə güvənmirlər.

Windows 7 sistemində, sistemin skeuomorfizmdən flat dizayna qismən keçid etsədə. 2008-ci ildən Windows 8 ilə tam olaraq flat dizayna keçid etdi. 3d görünüşli düymələr artıq dəyişərək düz dizayna keçid etdi. 2013-cü ildən isə Apple IOS 7 ilə tam olaraq Flat dizayna keçdi.

 

“Flat dizayn”

1920-ci illərdə Rusiyada, Hollandiya və Almaniyada başlayan və İsveçrənin inkişafı ilə məşhurlaşan və  “İsveç tərzi” adlanan dizayn növü isə formalaşaraq Flat dizayn adlandı.

İsveç tərzi dizayn növü isə daha rahat oxunulması və minimalizm mövzusuna xüsusi diqqət yetirir. Bu dizayn növü daha  faydalı və düzgündür.

No Comments

Leave a Comment: