İlk və əsas fontlar haqqında

– İlk və əsas fontlar haqqında

Dünyanın ilk fontu “Guttenberg”

Dünyanın ilk yazı fontunu Johannes Guttenberg yaratmışdı. 1450-ci ilədə dünyada ilk mətbəni yaradan Guttenberg 1455-ci ildə Biblianın nəşr edilməsi üçün 290 simboldan ibarət olan“Guttenberg” yazı fontunu yaratmışdır. Font əl yazısının eynisidir (hansıkı bu dövürdə bu tipli fontları kalligrafiya fontu(ları) kimi adlandırırıq) ancaq mətbədə çap oluna bilməsi üçün bir standart yaradıldı  və bununlada tarixdə ilk mətbə üçün yazı fontu yarandı. 1454-1455 ci illərdə bəzi mənbələrə görə 158 bəzi mənbələrə görə isə 180 Biblya çap olunmuşdu. Guttenberg fontu Biblianın bəzi səhifələrində 31 sətr bəzi səhifələrində 32 sətrdən ibarət idi. Çap olunan bəzi Biblialarda isə  səhifələrin az istifadə olunması üçün 42 sətr, eyni Biblianın bəzi səhifələrində isə 46 sətrdən ibarət idi. (Səhifənin ölçüləri: 307 x 445 mm).

Tarixdə ilk dik və dırnaqlı şəkildə yazan Romalılar olduğu üçün bu yazı stilinədə “Roman” adı verilir.

Italic font stili

1500-ci illərdə Romalılarda mətbə işinə başladıqları bilinir.  Hər kəsin daha əlverişli şəkildə oxuya bilməsi üçün daha xırda və daha incə şəkildə yazmağı başladılar. Bu gün istifadə etdiyimiz Italic Stilini 1501-ci ildə Aldo Manuzio 65  simboldan ibarət Aldine Dante və Virgilin kitabları üçün bu fontu yaratmışdı. Amma font sonralar Aldine  adı kimi tanınır. İtaliyada bəziləri Italic stilini elə Aldine stili və ya Virgil stili kimidə adlandırır. 1500-cü illərdə bu yazı fontundan istifadə edən roma mətbələri bir səhifəyə daha çox söz yerləşdiyi üçün kitabların qiymətlərini belə endirirdi.

Nifrət olunan Comic Sans Fontu

Comic sans fontundan bəlkədə hər biriniz istifadə etmisiniz. Amma bir dizaynerin ən çox nifrət olunan fontdur. Hətda bu fontun ləgv edilməsi üçün web sayt belə möcuddur. www.bancomicsans.com
Comic sans fontu 1994-cı ildə Vincent Connare tərəfindən yaradılmışdır. 1995-ci ildən isə Microsoft Windows 95 sistemində bu font mövcuddur. 2011 ci ildə isə Comic sans Pro olaraq  Vincent Connare tərəfindən yenilənmişdir.

Sevilən Helvetica font

1950 ildə Hermann Berthold tərəfindən yaradımış Akzident Grotesk fontundan götürülərək 1957 ci ildə isveçrəli dizaynerlər Max Miedinger və Eduard Hoffmann tərəfindən Helvetika fontu yaradılır. Günümüzə qədər ən çox sevilən font Helvetika fontu hesab olunur. Hər birimizin istifadə Etdiyi Arial fontu isə Helvetica fontundan götürülərək lisenziasız istifadə oluna bilməsi üçün 10-dan çox mütəxəssis tərəfindən xırda dəyişikliklərlə yaradılıb.

No Comments

Leave a Comment: